Aprelin 8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “I Azərbaycan mühasiblər forumu - 2017” keçirilmişdir. Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının, Vergilər Nazirliyinin və Maliyyə  Nazirliyinin iştirakı ilə təşkil etdiyi forum Elektron Hökumət həlləri provayderi SINAM şirkətinin baş sponsorluğu  ilə keçirilmişdir.

Forumun son bölümündə “Mühasibatlıqda İKT: Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib.  “Müəssisə resurslarının idarə edilməsində və milli mühasibatlıq sisteminin qurulmasında innovativ yanaşma” və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” forum iştirakçılarının diqqətinə çatdırılıb. Maliyyə uçotunda informasiya həllərinin və bulud texnologiyalarının tətbiqinə toxunulub. SINAM şirkətinin yaratdığı SERP sistemi üzərində iştirakçılara bu texnologiyanın üstünlükləri çatdırılıb. Bugünkü gün SERP sistemi 100-dən artıq dövlət təşkilatında və ali təhsil müəssisəsində, həmçinin iri miqyaslı təşkilatlarda, o cümlədən banklarda, neft şirkətlərində və digər təşkilatlarda uğurla tətbiq olunur.

533847 01
533847 02
533847 03
533847 04
MMF 2017 kollektiv