AR Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Respublikası Auditorlar Palatasının, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, Gənc Mühasiblər Birliyinin, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə 12 iyun 2019-cu ildə
Tədbiri keçirməkdə məqsəd Azərbaycanda Mühasibat uçotunun inkişafı, Mühasibat uçotu və Vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.
Forumda SİNAM MMC şirkətinin direktoru Əbülfət Rəhmanov "Büdcə təşkilatlarında ERP sistemlərinin tətbiqinin üstünlükləri" mövzusu ilə moderator kimi iştirak etmişdir.