Bakı Mühədislik Universitetində “FARABİ” layihəsi çərçivəsində tətbiq edilmiş “SİNAM Müəssisə Resurslarının İdarə Edilməsi Sistemi - SERP” proqram təminatı 05.11.2018-ci il tarixindən tədris olunmağa başlanılmışdır.
Pilot tədris olaraq, İqtisadi İnformatika fənni daxilində Universitetin İqtisadiyyat və İdarəetmə fakultəsinin Maliyyə ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinə (05.11.2018-ci il tarixindən 27.11.2018-ci il tarixinədək) 16 dərs saatı müddətində SERP proqram təminatının “İnsan Resursları və Maliyyə Uçotu” modulları laboratoriya dərs şəraitində tədris olunmuşdur. SERP proqram təminatını tələbələrə “Sinam” şirkətinin ERP sistemlərin tətbiqi şöbəsinin baş mütəxəssis Babayev Misir və köməkçi müəllim kimi Bakı Mühədislik Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin “Mühasibat uçotu və audit” kafedrasının dosenti Ağamir Əsgərov tədris etmişlər. 8 saat mühazirə və 8 saat məşğələdən ibarət tədris planına uygun olaraq tələbələrə sistemdən istifadə qaydaları tədris olunmuş və sonda imtahan keçirilmişdir. İmtahanın nəticələrinə uyğun olaraq tələbələrə Sertifikatlar təqdim olunmuşdur.
Sertifikatlar “SİNAM” şirkətinin ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov tərəfindən tələbələrə təqdim edilmişdir. Sertifikatların təqdimetmə mərasimi 14 iyun 2019-cu il tarixində Bakı Mühədislik Universitetində keçirilmişdir. Tədbirdə Bakı Mühəndislik Universitetinin “Muhasibat Uçotu və Audit” kafedrasının müdiri Soltanov Firudin, “Maliyyə” kafedrasının müdiri Süleymanov Elçin, müəllim və tələbə heyəti iştirak etmişdir.